
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini, bu əsnada Sədr Si C
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini, bu əsnada Sədr Si Cinpinlə görüşlərini, həmçinin səfər çərçivəsində ölkələrimizin strateji tərəfdaşlığına dair Birgə Bəyanatın qəbul edilməsini məmnunluqla xatırladı və qeyd etdi ki, bununla da əlaqələrimiz yeni səviyyəyə qalxıb. Qonaq daha əvvəllər ölkəmizə səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayaraq, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Prezident İlham Əliyevə çatdırdı.




