
Payızın 44 anı...
Əvvəlcədən deyim ki, mən kino tənqidçisi deyiləm, heç buna iddia da etmirəm. Sadəcə bir tamaşaçıyam. Həyatım boyu kifayət qədər film izləmiş bir tamaşaçı. Onların arasında yaxşıları da olub, pisləri də... Elələri olub ki, tarixi hadisələr və tanınmış şəxsiyyətlər haqqında təsəvvürümü dəyişib, dünyag
Əvvəlcədən deyim ki, mən kino tənqidçisi deyiləm, heç buna iddia da etmirəm. Sadəcə bir tamaşaçıyam. Həyatım boyu kifayət qədər film izləmiş bir tamaşaçı. Onların arasında yaxşıları da olub, pisləri də... Elələri olub ki, tarixi hadisələr və tanınmış şəxsiyyətlər haqqında təsəvvürümü dəyişib, dünyagörüşümə təsir göstərib, daxili aləmimi alt-üst edib, həyatımı yenidən dəyərləndirməyə və eyni zamanda bu həyatda öz yerimi anlamağa vadar edib. Pis filmlər haqqında danışmayacağam. Onların mənə öyrətdiyi yeganə şey filmlərin necə olmamalı olduğunu anlamaqdır. Yaxşı kino isə, yaxşı kitab kimi, təkcə öyrətmir, zövqümüzü formalaşdırmır, həm də bizi özümüzü dəyişməyə sövq edir. Yəqin ki, məqalənin adından artıq təxmin etdiyiniz film haqqında danışmaq, daha doğrusu, onunla bağlı yalnız şəxsi təəss




