
Özünə lüks yaxta sifariş etdi
"İnter Mayami"nin hücumçusu Lionel Messi özü və ailəsi üçün 28 metrlik xüsusi lüks yaxta sifariş edib. Sifarişin dəqiq məbləği açıqlanmasa da, gəminin hazırda Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) gəmiayırma zavodunda inşa edildiyi bildirilir. Xatırladaq ki, avqustun 31-də Argentina milli komandasın
"İnter Mayami"nin hücumçusu Lionel Messi özü və ailəsi üçün 28 metrlik xüsusi lüks yaxta sifariş edib. Sifarişin dəqiq məbləği açıqlanmasa da, gəminin hazırda Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) gəmiayırma zavodunda inşa edildiyi bildirilir. Xatırladaq ki, avqustun 31-də Argentina milli komandasındakı karyerasını rəsmən yekunlaşdırdığını elan edən 37 yaşlı ulduz oktyabrın 7-nə keçən gecə milli formada son matçına çıxıb. Beninlə qarşılaşma 3:0 hesabı ilə başa çatıb. Oyunda Otamendi və Niko Pas fərqlənib, Messi isə 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə yanaşı, iki məhsuldar ötürmə müəllifi olub.




