
Özbəkistanın mühəndis-energetikləri "Azərişıq"da təlimlərə başlayıblar
"Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində Özbəkistan Milli Elektrik Şəbəkəsi Səhmdar Cəmiyyətinin (NEGU) mühəndis-energetikləri üçün ixtisasartırma təlimləri keçirilir. Təlimin keçirilməsində məqsəd Özbəkistanın enerji sektorunda çalışan mühəndis-texniki heyətin peşəkar potensialının güc
"Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində Özbəkistan Milli Elektrik Şəbəkəsi Səhmdar Cəmiyyətinin (NEGU) mühəndis-energetikləri üçün ixtisasartırma təlimləri keçirilir. Təlimin keçirilməsində məqsəd Özbəkistanın enerji sektorunda çalışan mühəndis-texniki heyətin peşəkar potensialının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi üzrə bilik və bacarıqlarının artırılmasıdır. Həmçinin, təlim müddətində iştirakçılar elektrik şəbəkələrinin etibarlı və təhlükəsiz istismarına dair Azərbaycanın enerji sektorunda formalaşmış qabaqcıl beynəlxalq təcrübə ilə də yaxından tanış olacaqlar. "Azərişıq" ASC-nin peşəkar təlimçilərinin iştirakı ilə keçirilən kursda 35–110 kV-luq elektrik şəbəkələrinin quraşdırılması və istismarı, texniki xidməti, təmiri, diaqnostikası, eləcə də müasir idarəe




