
OMTC-nin hesabatı Fransada insan hüquqlarının müdafiəsində sistemli problemləri üzə çıxarıb
Ümumdünya İşgəncə Əleyhinə Təşkilatının (OMCT) 2026-cı il üzrə dərc etdiyi Qlobal İşgəncə İndeksi Fransada insan hüquqlarının müdafiəsi sahəsində ciddi və sistemli problemlərin mövcudluğunu üzə çıxarıb. Qeyd olunub ki, Fransa "nəzərəçarpacaq risk" kateqoriyasına daxil edilib və indeksdə qiymətləndir
Ümumdünya İşgəncə Əleyhinə Təşkilatının (OMCT) 2026-cı il üzrə dərc etdiyi Qlobal İşgəncə İndeksi Fransada insan hüquqlarının müdafiəsi sahəsində ciddi və sistemli problemlərin mövcudluğunu üzə çıxarıb. Qeyd olunub ki, Fransa "nəzərəçarpacaq risk" kateqoriyasına daxil edilib və indeksdə qiymətləndirilən Avropa İttifaqı ölkələri arasında bu risk səviyyəsinə aid edilən yeganə dövlət olub. Hesabatda xüsusilə polis zorakılığı, irqi ayrı-seçkilik, cəzasızlıq mühiti və Yeni Kaledoniyada yerli əhaliyə qarşı həyata keçirilən repressiv tədbirlər diqqət mərkəzinə gətirilib.




