
"Navai" 2 ay müddətinə həbs edildi
Qazaxıstan məhkəməsi Azərbaycan əsilli tanınmış reper "Navai" (Nəvai Bəkirov) barəsində iki ay müddətinə həbs qərarı çıxarıb. Onun narkotik maddələrin qaçaqmalçılığına cəhd işi üzrə istintaq müddətində həbsdə qalacağı güman edilir. Xatırladaq ki, oktyabrın 14-də Qazaxıstanın "Korday" sərhəd-keçid mə
Qazaxıstan məhkəməsi Azərbaycan əsilli tanınmış reper "Navai" (Nəvai Bəkirov) barəsində iki ay müddətinə həbs qərarı çıxarıb. Onun narkotik maddələrin qaçaqmalçılığına cəhd işi üzrə istintaq müddətində həbsdə qalacağı güman edilir. Xatırladaq ki, oktyabrın 14-də Qazaxıstanın "Korday" sərhəd-keçid məntəqəsində rılan yoxlama zamanı "Navai"nin avtomobilində narkotik maddə aşkarlanıb. Ona qarşı qadağan olunmuş maddələrin qaçaqmalçılığına cəhdlə bağlı iş açılıb. Bəkirovla birlikdə avtomobildə olan daha iki nəfər də saxlanılıb.




