
Misli Premyer Liqasında X turun son oyununda Sumqayıt və Şəfa qarşılaşacaq
Misli Premyer Liqasında X tura bu gün keçiriləcək "Sumqayıt" – "Şəfa" matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqasında X turun sonuncu qarşılaşması bu gün baş tutacaq. AzadAzərbaycan xəbər verir ki, turun bağlanış oyununda "Sumqayıt" doğma meydanda "Şəfa"nı sınağa çəkəcək.
SOCAR Polymer Arena-da təşkil olunacaq görüş saat 19:00-da başlayacaq. Hazırda turnir cədvəlində "gənclik şəhəri" təmsilçisi 8 xalla 9-cu pillədə qərarlaşıb, qonaq kollektiv isə 3 xalla 11-ci yerdədir.
Matçın ədalət təmsilçiləri də müəyyənləşib. Görüşün baş hakimi Nicat İsmayıllı olacaq, ona Zöhrab Abbasov və Tərlan Talıbzadə kömək edəcəklər, dördüncü hakim funksiyasını isə Əli Əliyev yerinə yetirəcək.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 3:2, "Kəpəz" isə "İmişli"ni 1:0 hesabı ilə məğlub edib. "Araz-Naxçıvan" – "Zirə" görüşündə 2:2, "Qəbələ" – "Qarabağ" matçında isə 0:0 hesablı heç-heçə qeydə alınıb.




