
Maduronu ələ keçirmək üçün həmin silahdan istifadə ediblər
ABŞ ordusu Venesuela və İrandakı əməliyyatlarda kosmosla əlaqəli silahlardan istifadə etdiyini açıqlayıb. "Mission Delta 3" bölməsinin komandiri, polkovnik Ancelo Fernandes bildirib ki, ABŞ ordusu bu cür sistemləri dünyanın müxtəlif yerlərindəki döyüş əməliyyatlarında tətbiq edib. Söhbət, xüsusilə,
ABŞ ordusu Venesuela və İrandakı əməliyyatlarda kosmosla əlaqəli silahlardan istifadə etdiyini açıqlayıb. "Mission Delta 3" bölməsinin komandiri, polkovnik Ancelo Fernandes bildirib ki, ABŞ ordusu bu cür sistemləri dünyanın müxtəlif yerlərindəki döyüş əməliyyatlarında tətbiq edib. Söhbət, xüsusilə, digər funksiyalarla yanaşı, peyk rabitəsini pozmaq üçün nəzərdə tutulmuş yerüstü radioelektron mübarizə sistemlərindən gedir. Bildirilir ki, hərbçilər "Absolute Resolve" əməliyyatı zamanı peyk siqnallarını bloklayaraq, Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək üçün hərəkət edən ABŞ qüvvələrinin ətrafında bir növ "müdafiə qabığı" yaradıblar.




