
Lavrov Asiyada NATO-nun analoqunun yaradılmaq istəndiyini bildirib
Redaksiya1 dəq oxu
Rusiya XİN rəhbəri Sergey Lavrov Asiya regionunda NATO modelinə uyğun hərbi-siyasi blokun yaradılması istiqamətində cəhdlərin olduğunu açıqlayıb.
AzadAzərbaycan xəbər verir ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Asiyada Şimali Atlantika Alyansının bənzəri olan hərbi alyansın qurulmasına çalışıldığını bəyan edib.
Onun sözlərinə görə, Asiya regionunda NATO modelində hərbi-siyasi blokun formalaşdırılması məsələsi artıq bir neçə ildir ki, fəal şəkildə müzakirə olunur və bu istiqamətdə müəyyən addımlar atılır.
Nazir əlavə edib ki, yaradılması nəzərdə tutulan bu yeni təşkilat üçün hətta Hind-Sakit Okean Müqaviləsi Təşkilatı adının verilməsi də təklif edilib.




