
Lamin Yamal Kilian Mbappenin Çempionlar Liqasındakı rekordunu yenilədi
Barselona klubunun gənc istedadı Lamin Yamal Çempionlar Liqasında yeniyetmə yaşda vurduğu qolların sayına görə tarixi rekorda imza atıb.
İspaniyanın Barselona komandasının hücumameylli yarımmüdafiəçisi Lamin Yamal nüfuzlu Avropa klub turnirində yeni nailiyyətlə yadda qalıb.
AzadAzərbaycan xəbər verir ki, idmançı yarışın ümumi mərhələsinin dördüncü turu çərçivəsində Aston Villa ilə keçirilən qarşılaşmanın yeddinci dəqiqəsində rəqib qapısına yol tapıb. Bu dəqiq zərbə onun Çempionlar Liqasındakı sayca on dördüncü qolu kimi qeydə alınıb.
Bununla da gənc futbolçu qitə miqyaslı bu mötəbər yarışın tarixində yeniyetmə statusunda olarkən en çox qol sevinci yaşayn oyunçu adını qazanıb. O, əvvələr 13 dəfə fərqlənərək zirvədə yer alan Kilian Mbappeni geridə qoymağı bacarıb.




