
Kriştiano Ronaldo Lissabonda dəyərli malikanə tikdirir
Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo Lissabonda milyonlarla dəyəri olan nəhəng malikanə tikdirir.
Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo Lissabonda dəyəri milyonlarla ölçülən nəhəng malikanənin tikintisinə başlayıb.
Portuqaliya mətbuatının məlumatına görə, idmançının gələcəkdə yaşamağı planlaşdırdığı bu mülk paytaxt Lissabonun mərkəzindən 30 kilometr məsafədə inşa edilir.
Yeni malikanədə 23 otaq və 7 vanna otağı olacaq. Eyni zamanda, mülkdə Atlantik okeanına açılan mənzərəsi olan hovuzla yanaşı, şüşə döşəməli xüsusi hovuzun da tikilməsi nəzərdə tutulur.
Villada müasir avadanlıqlarla təchiz olunmuş şəxsi kinoteatr da yer alacaq. Bundan əlavə, Ronaldonun dəyərli avtomobil kolleksiyasını saxlamaq məqsədilə 20 maşınlıq yeraltı qaraj inşa olunacaq.




