
Kral ailəsinin gəlininin şok görüntüləri üzə çıxdı
Əbu-Dabi kral ailəsinə nikah yolu ilə qoşulan 32 yaşlı Mahrah Əl-Nəhyan Londonda küçədə bir kişi ilə hərəkətsiz vəziyyətdə tapılıb. Hadisə zamanı onun himayəsində olan üç yaşlı uşaq isə sıx nəqliyyatın hərəkət etdiyi ərazidə ayaqyalın və böyüklərin nəzarəti olmadan gəzib. Ətrafdakı şəxslər azyaşlını
Əbu-Dabi kral ailəsinə nikah yolu ilə qoşulan 32 yaşlı Mahrah Əl-Nəhyan Londonda küçədə bir kişi ilə hərəkətsiz vəziyyətdə tapılıb. Hadisə zamanı onun himayəsində olan üç yaşlı uşaq isə sıx nəqliyyatın hərəkət etdiyi ərazidə ayaqyalın və böyüklərin nəzarəti olmadan gəzib. Ətrafdakı şəxslər azyaşlını görərək təhlükəsiz yerə rıblar. Hadisənin təfərrüatı sonradan Sautvark Tac Məhkəməsində keçirilən proses zamanı üzə çıxıb. Məhkəmədə hadisədən əvvəlki günlərdə Əl-Nəhyanın narkotik istifadə etdiyi bildirilib. Polis onun çantalarında narkotik istifadəsi ilə bağlı ləvazimatlar aşkar edib. Qadının vəkili Stiven Vullo isə müvəkkilinin hadisə günü narkotik qəbul etmədiyini, əvvəlki günlərdəki istifadədən sonra həddindən artıq yorğun olduğunu bildirib.




