
Kiyevdə qəza səbəbindən işıqlar söndü və ictimai nəqliyyat dayandı
Ukraynanın paytaxtı Kiyev şəhərində və ətraf vilayətdə qəza nəticəsində elektrik enerjisinin verilişində ciddi fasilələr yaranıb.
Ukraynanın paytaxtı Kiyevdə və Kiyev vilayətində baş verən qəza səbəbindən elektrik enerjisinin verilişi qəfildən dayandırılıb.
Ukraynanın "DTEK" enerji şirkətindən verilən məlumata görə, "Ukrenerqo"nun təlimatına əsasən ərazidə fövqəladə elektrik kəsintiləri tətbiq olunub. Bu adətən tətbiq edilən planlı kəsinti qrafiklərinin ləğv olunmasına gətirib çıxarıb.
Elektrik enerjisinin kəsilməsi şəhər nəqliyyatının işinə də ciddi təsir göstərib. Şəhərdə elektriklə işləyən nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayanıb, metro stansiyalarının fəaliyyəti isə müvəqqəti məhdudlaşdırılıb.
Xatırladaq ki, regionda enerji təchizatında tez-tez yaranan bu cür problemlər ölkənin energetika infrastrukturuna, o cümlədən elektrik stansiyalarına və ötürücü şəbəkələrə yetirilən zərər nəticəsində meydana gəlir.




