
Kiyevdə elektrik enerjisinin verilişi kəskin məhdudlaşdırılıb
Redaksiya1 dəq oxu
Ukraynanın paytaxtı Kiyevdə və Kiyev vilayətində sakinlərin işıqsız qalma müddəti gün ərzində 16 saata çatıb.
AzadAzərbaycan xəbər verir ki, Ukrayna mediasının verdiyi məlumata görə, Kiyev şəhəri və ətraf vilayətdə elektrik enerjisinin təchizatında ciddi və genişmiqyaslı kəsintilər tətbiq olunur.
Bölgədən alınan məlumatlara əsasən, fərqli rayon və ünvanlar üzrə sakinlərin gün ərzində işıqsız qaldığı vaxt 12 saatla 16 saat arasında dəyişir.
Bununla yanaşı, gün ərzində elektrik enerjisinin mənzillərə fasiləsiz şəkildə ötürüldüyü vaxt kəsiyi cəmi 2-2,5 saata qədər geriləyib.




