
İstanbulda ölənlərin sayı artdı
Türkiyənin İstanbul şəhərində davam edən güclü yağışlar həyatı iflic edib. Təbii fəlakət nəticəsində iki nəfər həyatını itirib. Belə ki, Fatihdə parkda su gölməçəsinə ayağı ilə toxunan 14 yaşlı yeniyetməni cərəyan vurub. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümk
Türkiyənin İstanbul şəhərində davam edən güclü yağışlar həyatı iflic edib. Təbii fəlakət nəticəsində iki nəfər həyatını itirib. Belə ki, Fatihdə parkda su gölməçəsinə ayağı ilə toxunan 14 yaşlı yeniyetməni cərəyan vurub. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma başladılıb. Bununla yanaşı, Sarıyerdə sel yaranan küçədə yolun qarşı tərəfinə keçməyə çalışan 34 yaşlı şəxs ayağının sürüşməsi nəticəsində yıxılıb. Başı səkiyə dəyən və ayağa qalxa bilməyən şəxs ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.




