İstanbulda güclü yağış selə səbəb olub, məktəblərdə tətil elan olunub
İstanbulda dünən axşamdan etibarən fasilələrlə yağan güclü yağış bir sıra fəsadlara səbəb olub. Bir çox rayonda küçələri, yeraltı keçidləri və tunelləri su basıb, avtomobillər yollarda qalıb. Bəzi ərazilərdə torpaq sürüşməsi baş verib, ağaclar aşıb. -nın Türkiyə bürosu xəbər verir ki, daşqınlardan ə
İstanbulda dünən axşamdan etibarən fasilələrlə yağan güclü yağış bir sıra fəsadlara səbəb olub. Bir çox rayonda küçələri, yeraltı keçidləri və tunelləri su basıb, avtomobillər yollarda qalıb. Bəzi ərazilərdə torpaq sürüşməsi baş verib, ağaclar aşıb. -nın Türkiyə bürosu xəbər verir ki, daşqınlardan ən çox Sarıyer rayonunun Ayazağa məhəlləsi zərər çəkib. Sakinlər ərazidəki ev və ofislərdən təxliyə edilib. Güclü yağış şəhər nəqliyyatında da ciddi problemlər yaradıb. İşdən çıxış saatlarında tıxacın səviyyəsi 89 faizə yüksəlib.




