
İspaniya çempionatında futbolçunun baş nahiyəsinə zərbə endirildi
İspaniya La Liqa 2 matçında rəqibinə sərt zərbə endirən futbolçu huşunu itirərək xəstəxanaya yerləşdirilib.
AzadAzərbaycan xəbər verir ki, İspaniya La Liqa 2-də futbolçuların iştirakı ilə yenidən ağır insident qeydə alınıb.
Matç zamanı "Albacete"nin oyunçusu Xose Korpas rəqib komandanın üzvü Kvadri Liamidlə mübarizə apararkən onun baş nahiyəsinə sərt təpik vurub.
Zərbənin təsirindən qazon üzərinə yıxılaraq huşunu itirən idmançıya dərhal meydanda ilkin tibbi yardım göstərilib və o, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Qarşılaşmanın baş hakimi baş verən kobudluğa görə Xose Korpasa birbaşa qırmızı vərəqə göstərərək meydançadan kənarlaşdırıb.
Hazırda xəstəxanada olan Kvadri Liamidin səhhəti ilə bağlı hələlik rəsmi məlumat verilməyib.




