
İrana qarşı yeni sanksiyalar elan etdilər
ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 16 şəxs və 10 qurumu sanksiya siyahısına daxil edib. Məhdudiyyətlərin İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa yönəldiyi bildirilib. Siyahıya İrana maliyyə vasitəçiliyi xidmətləri və ABŞ dollarına çıxış təmin etdiyi bildirilən, İraqda yerləşə
ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 16 şəxs və 10 qurumu sanksiya siyahısına daxil edib. Məhdudiyyətlərin İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa yönəldiyi bildirilib. Siyahıya İrana maliyyə vasitəçiliyi xidmətləri və ABŞ dollarına çıxış təmin etdiyi bildirilən, İraqda yerləşən Beynəlxalq İnvestisiya və Maliyyə İnkişaf Bankı (İİB) da daxil edilib. Bəyanatda İİB-nin İran iqtisadiyyatının maliyyə sektorunda fəaliyyət göstərdiyinə görə sanksiya siyahısına əlavə olunduğu qeyd edilib.




