
Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər
Yəmənin şimal-qərbində yerləşən Səada əyalətinin hava məkanında Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus "Typhoon" tipli qırıcı təyyarənin vurulduğu iddia edilir. xəbər verir ki, bu barədə Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının hərbi nümayəndəsi Yəhya Səriə məlumat verib. "Silahlı qüvv
Yəmənin şimal-qərbində yerləşən Səada əyalətinin hava məkanında Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus "Typhoon" tipli qırıcı təyyarənin vurulduğu iddia edilir. xəbər verir ki, bu barədə Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının hərbi nümayəndəsi Yəhya Səriə məlumat verib. "Silahlı qüvvələrimiz ət-Taif aviabazasından havaya qalxan Səudiyyə Ərəbistanına məxsus "Typhoon" tipli hərbi təyyarəyə zərbə endirib. Təyyarə Səada əyalətinin hava məkanında yer-hava tipli raketlə hücuma məruz qalıb. Birbaşa zərbə qeydə alınıb və təyyarənin düşmək ehtimalı var", –Səriə "Telegram" kanalında yazıb.




