
Gürcüstandan 101 xarici ölkə vətəndaşı deportasiya olunub
Gürcüstan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində 101 xarici vətəndaş ölkədən çıxarılıb.
Son günlərdə Gürcüstandan 101 xarici ölkə vətəndaşı deportasiya edilib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti məlumat yayıb.
Məlumata əsasən, deportasiya olunan şəxslər arasında Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Türkmənistan, Hindistan və digər dövlətlərin vətəndaşları da yer alıb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, ölkədən çıxarılan həmin şəxslərin Gürcüstana yenidən daxil olması qadağan edilib.
Qeyd edək ki, ilin əvvəlindən bu yana Miqrasiya Departamenti tərəfindən ölkə ərazisindən uzaqlaşdırılan əcnəbilərin ümumi sayı 3600 nəfəri keçib.




