
Fransada kütləvi etiraz dalğası: Hökumət ciddi böhranla üz-üzədir
Parisdə müəllim tətili ilə başlayan narazılıqlar ümumi etiraz dalğasına çevrilib. Hökumətin büdcə qənaəti və maliyyə siyasəti cəmiyyətdə ciddi sərt reaksiyaya səbəb olub.
Paris ətrafında müəllimlərin tətili ilə başlayan narazılıqlar qроqressiv olaraq ümumi etiraz dalğasına çevrilib, Almaniyada isə gənclər hərbi çağırışa qarşı küçələrə axışıblar. Etirazların əsas səbəbi dövlət borcları, yenidən silahlanma proqramları və bahalaşan enerji xərclərinin yükünü kimin daşıyacağı sualıdır.
Fransanın cənub-şərqindəki Kretey şəhərində lisey müəllimlərinin xroniki kadr çatışmazlığı səbəbindən başlatdığı tətil qısa zamanda böyük nümayişlərə yol açıb. Oktyabr ayında ölkədə yüz minlərlə insanın qatıldığı kütləvi aksiyalar keçirilib, toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının xeyli əməkdaşı yaralanıb və bəzi binalara ziyan dəyib.
Hökumətin təqdim etdiyi yeni maliyyə qanun layihəsində təxminən 54 milyard avro həcmində qənaət tədbirlərinin nəzərdə tutulması gərginliyi daha da artırıb. Mərkəzi büdcə xərclərinin dondurulması və yalnız borca xidmət ilə hərbi qüvvələr üçün vəsaitin ayrılması cəmiyyətdə haqlı narazılıq doğurub.
Etirazların idarə olunmasında yaranan çətinliklər və təhlükəsizlik məsələləri daxili işlər nazirinin istefa tələbləri ilə nəticələnib. Hökumət baş verənlərlə bağlı bəzi güzəştlərə və müzakirələrə getməyə məcbur qalsa da, ölkədə sosial və iqtisadi gərginlik hələ də yüksək olaraq qalır.




