
Ermənistanda Elektrik Şəbəkələri şirkəti ilə bağlı əməliyyat keçirilib
Ermənistanda aparılan cinayət işi çərçivəsində Samvel Karapetyana məxsus şirkətlə əlaqəli 36 nəfər saxlanılıb.
Ermənistan İstintaq Komitəsi Güclü Ermənistan Partiyasının lideri, iş adamı Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkəti ilə bağlı cinayət işi çərçivəsində 36 nəfəri saxlayıb.
Açıqlanan məlumata əsasən, saxlanılan şəxslər özəl sektorda vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, külli miqdarda əmlak ziyanı vurmaqda, etibar edilmiş əmlakı xüsusilə külli miqdarda mənimsəməkdə və xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.
Aparılan cinayət işi çərçivəsində müstəntiqlər 65 mənzildə, həmçinin şirkətlərin fəaliyyət göstərdiyi ünvanlarda axtarışlar həyata keçiriblər. İstintaq tədbirlərinə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin və Dövlət Gəlirləri Komitəsinin əməkdaşları da cəlb olunublar.




