
Dünyanın ən qısa uçuşudur
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və P Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. 1967-ci ildən fəaliyyət göstərən marşrut turistlər üçün maraqlı təcrübə, ada sakinləri üçün isə gündəlik nəqliyyat vasitəsidir. Dəniz şəraitinin hər zaman b
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və P Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. 1967-ci ildən fəaliyyət göstərən marşrut turistlər üçün maraqlı təcrübə, ada sakinləri üçün isə gündəlik nəqliyyat vasitəsidir. Dəniz şəraitinin hər zaman bərə səfərlərinə imkan verməməsi bu qısa uçuşu yerli əhali üçün xüsusilə əhəmiyyətli edir. Uçuşlar "Loganair" aviaşirkəti tərəfindən "Britten-Norman Islander" tipli təyyarələrlə həyata keçirilir. Səkkiz sərnişinədək daşıya bilən təyyarə tək pilot tərəfindən idarə olunur və qısa uçuş-enmə zolaqlarından istifadə edə bilir.




