
"Dünyada heç bir ölkə təkbaşına inkişaf edə bilməz"
"Azərbaycan çox vacib uğurlara imza atıb. Prezident İlham Əliyev bu cür önəmli tədbirlərin həyata keçirilməsi istiqamətində vacib addımlar atıb, ev sahibliyi edib". O söyləyib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitliyin, inanılmaz iqtisadi artımın və regiondakı əlaq
"Azərbaycan çox vacib uğurlara imza atıb. Prezident İlham Əliyev bu cür önəmli tədbirlərin həyata keçirilməsi istiqamətində vacib addımlar atıb, ev sahibliyi edib". O söyləyib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitliyin, inanılmaz iqtisadi artımın və regiondakı əlaqələrin möhkəmləndirilməsinin əsas dayağına çevrilib. "İştirak etdiyimiz bu sammit Azərbaycanın həqiqətən də təsirli regional tərəfdaşlıq və inamlı tədbirlər qurmaqda təqdirəlayiq bir ölkə olduğunu sübut edir. Gərginliyin artdığı bir dövrdə Azərbaycan AQEM-i həmişə diqqət mərkəzində saxlayıb, dialoq və tərəfdaşlığın genişləndirilməsi vasitəsilə ümumi rifahı dəstəkləyib", - o bildirib.




