
Donald Trampın dövlət qurumlarına təzyiqləri gözlənilməz müqavimətlə qarşılaşır
ABŞ-da Donald Trampın dövlət qurumlarını öz maraqlarına tabe etmək cəhdləri cəmiyyətdə və məhkəmə sistemində ciddi müqavimətə səbəb olub.
AzadAzərbaycan xəbər verir ki, Amerika demokratiyası Donald Trampın hakimiyyəti dövründə müəyyən sınaqlarla üzləşsə də, prezidentin dövlət qurumlarını öz maraqlarına uyğunlaşdırmaq cəhdləri gözlənilməz reaksiyalar doğurub.
Hakimlər, münsiflər heyəti, Federal Təhqiqat Bürosu və seçicilər Ağ Evin təzyiqlərinə qarşı durmağa çalışırlar. Eyni zamanda, korrupsiya və hakimiyyətdən sui-istifadə hallarına qarşı mübarizə müxtəlif siyasi qüvvələri bir araya gətirir.
The iPaper nəşrinin məlumatına görə, prosesdə dönüş nöqtəsi 2025-ci ilin sentyabrında baş verib. Trampın sosial şəbəkədə baş prokurora göndərdiyi mesajda siyasi rəqiblərinin məsuliyyətə cəlb olunmasını tələb etməsi narahatlıq yaradıb.
Bununla belə, dövlət sisteminin özündə də müqavimət dalğası güclənməkdədir. Böyük münsiflər heyəti və məhkəmələr administrasiyanın bəzi təşəbbüslərini bloklamaqla müstəqilliklərini nümayiş etdirirlər.
Gallup-un açıqladığı son sorğu nəticələri də cəmiyyətdəki əhval-ruhiyyəni əks etdirir. Respondentlərin böyük əksəriyyəti hökumətdə korrupsiyanın geniş yayildığını düşünür ki, bu da ölkədə siyasi birliyin yaranmasına zəmin hazırlayıb.




