
Donald Tramp İsrailə ayrılan 4 milyard dollarlıq yardımı dayandırır
ABŞ Prezidenti Donald Tramp İsrailə hər il verilən 4 milyard dollarlıq maliyyə dəstəyinin ilin sonuna kimi dayandırılacağını bəyan edib.
ABŞ Prezidenti Donald Tramp İsrailə hər il ayrılan maliyyə köməyi ilə bağlı mühüm açıqlama verib. O, ölkəsinin İsrailə verdiyi 4 milyard dollarlıq illik yardımın bu ilin sonunadək dayandırılacağını bildirib.
Açıqlamasında bu addımın İsrail Baş naziri Benyamin Netanyahu ilə razılaşdırıldığını vurğulayan Tramp, qarşı tərəfin də bu qərarı anlayışla qarşıladığını qeyd edib. Prezidentin sözlərinə görə, artıq bir neçə ay əvvəl ödənişlərin kəsilməsi barədə razılıq əldə olunub.
Donald Tramp İsrailin iqtisadi baxımdan olduqca uğurlu bir dövlətə çevrildiyini və artıq bu cür maliyyə dəstəyinə ehtiyac duymadığını əsas gətirərək, ilin sonuna qədər bütün ödənişlərin tamamilə saxlanılacağını diqqətə çatdırıb.




