
Conatan Şanzer: Türkiyə İsraillə ehtimal olunan müharibəyə hazırlaşır
Demokratiyaların Müdafiəsi Fondunun icraçı direktoru Conatan Şanzer Türkiyənin hərbi potensialının İsrail üçün ciddi təhdid yaratdığını iddia edib.
AzadAzərbaycan xəbər verir ki, Demokratiyaların Müdafiəsi Fondunun icraçı direktoru Conatan Şanzer Türkiyənin İsraillə ehtimal olunan hərbi münaqişəyə hazırlaşdığına dair təəssürat yaratdığını bildirib.
Analitikin sözlərinə görə, NATO müttəfiqi olan Türkiyənin malik olduğu hərbi infrastruktur Təl-Əviv üçün əvvəllər rast gəlinməmiş yeni bir vəziyyət formalaşdırır.
C.Şanzer vurğulayıb ki, Türkiyə ordusunun arsenalındakı ballistik raketlər və müasir pilotsuz uçuş aparatları İsrailin bu günə qədər qarşılaşdığı təhlükələrdən tamamilə fərqlənir. Bu baxımdan İsrailin belə bir potensial təhdidə qarşı müqavimət göstərməsi, öz hərbi gücünü artırması və mümkün müharibəyə hazırlaşması üçün əlavə vəsaitlərə ehtiyac duyacağı qaçılmazdır.




