
Çıxışı zamanı mikrofonunu söndürdülər
Kiyev meri Vitali Kliçko Ali Radanın kürsüsündən mərkəzi hakimiyyəti kəskin tənqid etməyə başlayan zaman mikrofonu söndürülüb. "Ukraynada yerli özünüidarəetməni təkcə Kiyevdə deyil, uydurma bəhanələrlə icma rəhbərlərini uzaqlaşdırmaqla, cəfəng ittihamlar irəli sürməklə və cinayət işləri ilə qorxutma
Kiyev meri Vitali Kliçko Ali Radanın kürsüsündən mərkəzi hakimiyyəti kəskin tənqid etməyə başlayan zaman mikrofonu söndürülüb. "Ukraynada yerli özünüidarəetməni təkcə Kiyevdə deyil, uydurma bəhanələrlə icma rəhbərlərini uzaqlaşdırmaqla, cəfəng ittihamlar irəli sürməklə və cinayət işləri ilə qorxutmaqla məhv etməyə çalışırlar", – deyə Kliçko mikrofonu kəsilməzdən bir an əvvəl bildirib. Mikrofon söndürüldükdən sonra Kliçko təəccüblə geriyə dönüb, parlament zalında isə alqış səsləri ucalıb.




