
"Bunun tərəfdarıyam, özüm də zamanında məktəbli paltarında gedərdim"
"Şəxsən mən vahid məktəbli geyiminin tərəfdarıyam, çünki özüm də zamanında məktəbli paltarında məktəbə gedərdim". Onun sözlərinə görə, məktəb illəri sovet dönəminə düşüb və hələ o vaxtlardan vahid məktəbli geyimləri mövcud idi. "Mən də hamı kimi o geyimlərdən geyinirdim. O geyimin olmağının əsas xüs
"Şəxsən mən vahid məktəbli geyiminin tərəfdarıyam, çünki özüm də zamanında məktəbli paltarında məktəbə gedərdim". Onun sözlərinə görə, məktəb illəri sovet dönəminə düşüb və hələ o vaxtlardan vahid məktəbli geyimləri mövcud idi. "Mən də hamı kimi o geyimlərdən geyinirdim. O geyimin olmağının əsas xüsusiyyəti o idi ki, fəhlə ilə vəzifəli şəxsin övladları arasında fərq görünmürdü, hamı bərabər idi. İnanın ki, bizim heç ağlımıza da gəlməzdi ki, fərqli geyimdə məktəbə gedək. Öz istədiyimiz geyimdə biz ekskursiyalara, teatrlara, idman yarışlarına və digər yerlərə gedəndə geyinərdik.




