
"Bu cür qərəzli fəaliyyətinə görə kanal "qara siyahı"ya daxil edilib"
Məlum olduğu kimi, İranın "Səhər" ("Sahar Azəri") telekanalı Türkiyənin Diyarbəkir vilayətində keçirilmiş tədbirə aid görüntüləri Azərbaycanla əlaqələndirərək, onları ölkəmizdə hicablı şəxslərə dəstək məqsədilə təşkil olunmuş aksiya kimi təqdim edib. Bildirilib ki, hadisənin məkanını və mahiyyətini
Məlum olduğu kimi, İranın "Səhər" ("Sahar Azəri") telekanalı Türkiyənin Diyarbəkir vilayətində keçirilmiş tədbirə aid görüntüləri Azərbaycanla əlaqələndirərək, onları ölkəmizdə hicablı şəxslərə dəstək məqsədilə təşkil olunmuş aksiya kimi təqdim edib. Bildirilib ki, hadisənin məkanını və mahiyyətini təhrif edən bu təqdimat faktların kobud şəkildə saxtalaşdırılması, ictimai rəyin məqsədyönlü manipulyasiyası cəhdi və auditoriyanın yanlış məlumatlandırılmasına xidmət edən açıq dezinformasiya nümunəsidir: "Bu telekanalın fəaliyyəti Azərbaycan əleyhinə yönəlmiş qərəzli, həqiqətə uyğun olmayan məlumatların yayılması və təxribatçı məzmun vasitəsilə ictimai rəyin çaşdırılması ilə səciyyələnir. Kanalın ölkəmizlə bağlı hadisələri sistemli şəkildə təhrif etməsi, dezinformasiya xarakterli materiallara




