
Belçika baş naziri hökumətin istefası ilə bağlı sənədi krala təqdim etdi
Belçikada büdcə danışıqlarının nəticəsiz qalması fonunda baş nazir istefa ərizəsini krala təqdim edib.
AzadAzərbaycan xəbər verir ki, Belçika Baş naziri Bart De Vever rəhbərlik etdiyi hökumətin istefaya getməsi ilə bağlı müraciəti ölkə monarxı Kral Filipə təqdim edib.
Yaranmış vəziyyətə əsas səbəb kimi 2027-ci ilin dövlət büdcəsi ilə əlaqədar aparılan koalisiya danışıqlarının uğursuzluqla nəticələnməsi göstərilir.
Hökumət başçısı Kral Filip ilə təxminən bir yarım saat davam edən görüşdən sonra heç bir açıqlama vermədən saray ərazisini tərk edib.
Qeyd olunur ki, kral hələ ki istefanı qəbul etməyib və məsələ ilə bağlı siyasi partiya rəhbərləri ilə məsləhətləşmələr keçirəcək. Tərəflərin növbəti dəfə noyabrın 6-da bir araya gəlməsi nəzərdə tutulur.




