
Barselona Rafinya ilə yeni müqavilə bağladı
Redaksiya1 dəq oxu
İspaniyanın "Barselona" klubu braziliyalı hücumçusu Rafinya ilə müqavilənin müddətini 2030-cu ilə qədər uzatdığını rəsmən açıqlayıb.
İspaniya nəhəngi "Barselona" heyətində çıxış edən braziliyalı hücumçu Rafinya ilə mövcud müqavilənin müddətini uzadıb.
Klubun rəsmi internet resursunda yer alan məlumata əsasən, 29 yaşlı futbolçu ilə bağlanan yeni razılaşma 2030-cu ilin yayına kimi qüvvədə olacaq.
Xatırladaq ki, Kataloniya təmsilçisi ilə təcrübəli hücumçu arasında əvvəlki müqavilənin müddəti 2028-ci ilin yayında başa çatmalı idi.




