
Avropada üç sərnişin təyyarəsi təhlükəsizlik səbəbindən təcili eniş edib
Redaksiya1 dəq oxu
Bolqarıstanda təhlükəsizlik tədbirləri çərçivəsində üç sərnişin təyyarəsi məcburi eniş edib.
AzadAzərbaycan xəbər verir ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq üç sərnişin təyyarəsi Bolqarıstana təcili eniş etməyə məcbur qalıb.
Bolqarıstanın Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, Madriddən Kopenhagenə istiqamət alan iki hava gəmisi Sofiya hava limanına yönləndirilib.
Bununla yanaşı, Londondan havaya qalxan digər bir sərnişin təyyarəsi isə Plovdiv hava limanında eniş edib.
Xatırladaq ki, daha əvvəl Dublindən Romaya uçuş həyata keçirən sərnişin təyyarəsi də bomba təhlükəsi ilə üzləşmiş və Fransadakı aviabazaya enməli olmuşdu.




