
Avropa İttifaqından Gürcüstana çağırış: Kursunuzu dəyişin
Avropa İttifaqının komissarı Marta Kos bildirib ki, Tbilisi siyasətini dəyişərsə, Avropa yolu açıq qalacaq.
AzadAzərbaycan xəbər verir ki, Gürcüstan rəhbərliyi öz siyasi xəttini dəyişəcəyi təqdirdə, ölkənin Avropa İttifaqına inteqrasiya imkanları qorunub saxlanılacaq.
Bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos Avropa Parlamentində 2026-cı il üzrə genişlənmə paketini təqdim edərkən danışıb.
Onun sözlərinə görə, yerli hakimiyyət demokratik dəyərlərə, qanunun aliliyinə və əsas hüquqlara qarşı yönələn addımlarla dövlətin Avropa gələcəyinə zərbə vurur.
Komissar həmçinin ölkədə vətəndaş cəmiyyətinin fəaliyyət dairəsinin xeyli daraldığını diqqətə çatdırıb.
Marta Kos vurğulayıb ki, mövcud böhranı aradan qaldırmaq və münasibətləri yeni müstəviyə daşımaq məsuliyyəti birbaşa Gürcüstan rəsmilərinin üzərinə düşür.




