
Arda Gülər növbəti dəfə təvazökar davranışı ilə azarkeşlərin diqqətini çəkib
"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülər kafedən çıxarkən pərəstişkarlarına vaxt ayıraraq onların rəğbətini qazanıb.
AzadAzərbaycan xəbər verir ki, "Real Madrid" klubunun və Türkiyə milli komandasının gənc futbolçusu Arda Gülər azarkeşlərlə səmimi münasibəti ilə yenidən diqqət mərkəzinə düşüb.
İspaniyada kafedən ayrılarkən özünü gözləyən pərəstişkarlarını diqqətsiz qoymayan gənc ulduz onların xahişlərini məmnuniyyətlə yerinə yetirib. O, yaxınlaşan fanatlarına avtoqraf paylayıb və onlarla xatirə şəkilləri çəkdirib.
Futbolçunun azarkeşlərlə söhbət etməsi, onlara qarşı son dərəcə samimi və təvazökar davranması ətrafdakıların böyük marağına səbəb olub. Arda Gülərin bu addımı futbolsevərlər tərəfindən yüksək qiymətləndirilib.




