
Angela Merkeldən xəbərdarlıq: Populist qüvvələr Almaniya cəmiyyətini bölür
Almaniyanın keçmiş kansleri Angela Merkel populist qüvvələrin cəmiyyəti təbəqələrə bölməyə çalışdığını bildirib.
Almaniyanın keçmiş kansleri Angela Merkel ölkə cəmiyyətində baş verən proseslərlə bağlı ciddi xəbərdarlıqla çıxış edib. O, bəzi populist qüvvələrin alman cəmiyyətini müxtəlif yollarla parşalamağa və qarşıdurma yaratmağa cəhd göstərdiyini vurğulayıb.
Keçmiş hökumət başçısının sözlərinə görə, cəmiyyəti müxtəlif təbəqələrə bölmək, insanlar arasında nifrət toxumu səpmək və paxıllıq yaratmaq tendensiyaları güclənib. O, əhalinin müxtəlif qruplara ayrılmasının yolverilməz olduğunu qeyd edib.
Merkel xatırladıb ki, bütün hakimiyyət xalqdan gəlir və ölkənin hər bir sakini Almaniya vətəndaşıdır. Onun fikrincə, vətəndaşın haradan gəlməsinin və ya ölkəyə nə zaman qoşulmasının heç bir fərqi yoxdur.




