
Andrea Kimi Antonelli Formula-1 tarixinin ən gənc çempionu oldu
Mercedes pilotu Andrea Kimi Antonelli Meksika Qran-prisində üçüncü yeri tutaraq vaxtından əvvəl Formula-1 üzrə dünya çempionluğunu rəsmiləşdirib.
AzadAzərbaycan xəbər verir ki, "Mercedes" komandasının sürücüsü Andrea Kimi Antonelli "Formula-1" üzrə dünya çempionatında vaxtından əvvəl qələbəsini təmin edərək avtoidman salnaməsinə yeni rekord yazıb.
İtaliyalı pilotun çempionluq titulunu qazanması üçün Meksika Qran-prisində ilk doqquzluğa daxil olması kifayət edirdi. Antonelli bu mərhələni üçüncü pillədə başa vuraraq tapşırığın öhdəsindən uğurla gəlib.
Mexikodakı yarışda birinciliyi "Red Bull"un təmsilçisi Maks Ferstappen qazanıb. Finiş xəttini ikinci sırada "Ferrari" sürücüsü Lyuis Hemilton, dördüncü sırada isə onun komanda yoldaşı Şarl Lekler keçib.
2025-ci mövsümündən "Mercedes" sükanı arxasında olan Antonelli il ərzində 9 mərhələdə qələbə sevinci yaşayıb. İtaliyalı idmançı bununla da "Formula-1" tarixinin ən gənc dünya çempionu unvanına yiyələnib.
Əvvəlki rekord 2010-cu ildə 23 yaşında ilk çempionluğunu bayram edən almaniyalı pilot Sebastyan Fettelə məxsus idi. Dünya çempionatının növbəti mərhələsi noyabrın 8-də Braziliyanın San-Paulu şəhərində baş tutacaq.




