
Ağstafada müşavirə keçirildi
Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müşavirə keçirilib. Müşavirə iştirakçıları əvvəlcə Mərkəzin qarşısında müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xalqımızın xila
Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müşavirə keçirilib. Müşavirə iştirakçıları əvvəlcə Mərkəzin qarşısında müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xalqımızın xilaskarının əziz xatirəsinə böyük ehtiramlarını bildiriblər. Mərkəzin böyük akt zalında davam etdirilən tədbirdən öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı, suverenliyi naminə şəhid olmuş Vətən övladlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib.




