
ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
Tanınmış amerikalı jurnalist Taker Karlsonun iddiasına görə, İsrailin təzyiqi ilə ABŞ İrana qarşı nüvə silahından istifadə edə bilər.
AzadAzərbaycan xəbər verir ki, ABŞ yaxın günlərdə İrana qarşı nüvə zərbəsi endirmək ehtiyacıyla üzləşə bilər. Tanınmış amerikalı jurnalist Taker Karlson bu barədə məlumat verib.
Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqləri fonunda Vaşinqton belə bir addım ata bilər. Əməliyyatın əsas hədəfinin İranın mərkəzi hissəsində yerləşən Pikaks dağı olacağı ehtimal edilir. İsrail kəşfiyyatı iddia edir ki, Tehran hakimiyyəti həmin ərazidə uranın zənginləşdirilməsi proqramını yenidən aktivləşdirib.
Jurnalist qeyd edib ki, mövcud adi silahsızlanma vasitələri təxminən 91 metr qalınlığındakı qranit qatını deşərək tunelləri məhv etmək gücünə malik deyil. Məhz bu səbəbdən yeganə effektiv hərbi vasitə kimi nüvə zərbəsi göstərilir. Mənbələrin məlumatına görə, Netanyahu bu planın həyata keçirilməsi üçün hər gün ABŞ rəhbərliyi ilə əlaqə saxlayır.




