
ABŞ seçkilərinin nəticələri və Ukrayna ətrafında yaranan yeni geosiyasi durum
ABŞ Konqresinə keçirilən seçkilərin nəticələri beynəlxalq münasibətlərə, xüsusilə Rusiya-Ukrayna müharibəsinə ciddi təsir göstərə bilər.
AzadAzərbaycan xəbər verir ki, Birləşmiş Ştatların qanunverici orqanına keçirilən aralıq seçkilərinin nəticələri təkcə daxili siyasi proseslərə deyil, həm də qlobal münasibətlərə mühüm təsir göstərmək potensialına malikdir. Xüsusilə də Ağ Ev rəhbəri Donald Trampın mövqelərinin zəifləməsi onun Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına yanaşmasını dəyişə bilər.
CNN nəşrinin təhlilinə görə, Tramp ötən müddət ərzində Vaşinqtonun xarici siyasət kursunda qeyri-müəyyənlik yaradıb. İndi isə beynəlxalq aktorlar baş verən dəyişikliklərin prezidentin kompromislərə getməsinə, yoxsa öz siyasətini daha sərt şəkildə davam etdirməsinə səbəb olacağını anlamağa çalışırlar.
Qeyd olunur ki, Kiyev rəsmiləri seçki nəticələri bəlli olmamışdan öncə müxtəlif ssenarilərə hazırlaşmağa başlamışdılar. Son zamanlar Ukrayna rəhbərliyi ilə Donald Tramp arasındakı münasibətlərdə müəyyən gərginliklər yaşanıb və bu səbəbdən Vaşinqtondakı siyasi dəyişikliklər Kiyevdə müəyyən ümidlər yaratsa da, vəziyyət birmənalı deyil.
Bununla belə, ekspertlər hesab edirlər ki, ABŞ liderinin mövqelərinin zəifləməsi Ukrayna üçün dərhal tam təhlükəsizlik və ya vəziyyətin kökündən yaxşılaşması demək deyil. Həmçinin, Rusiya rəhbərliyinin də mövcud situasiyadan maksimum yararlanmağa çalışacağı istisna edilmir.




