
ABŞ seçkilərində demokratların qələbəsi xarici siyasəti dəyişə bilər
Noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə demokratların qələbəsi ölkənin xarici kursuna əsaslı təsir göstərə bilər.
AzadAzərbaycan xəbər verir ki, noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə Demokratlar Partiyası üstünlük əldə edərsə, Vaşinqtonun xarici siyasətində, xüsusilə Ukrayna istiqamətində ciddi dəyişikliklər baş verə bilər.
Mövcud proqnozlara görə, demokratların Nümayəndələr Palatasında və Senatda çoxluq qazanmaq ehtimalı olduqca yüksəkdir. Bu isə respublikaçıların iki illik nəzarətindən sonra siyasi qüvvələr balansını dəyişəcək.
Mütəxəssislərin qiymətləndirmələrinə əsasən, seçkilərdə qələbə qazanılacağı təqdirdə ABŞ-ın siyasəti dörd əsas sahə üzrə yenidən nəzərdən keçirilə bilər. Bunlara İranla münasibətlərdə hərbi əməliyyatların məhdudlaşdırılması, Ukraynaya yardımların bərpası, İsrailə dəstəyin tənqidlərlə yenidən dəyərləndirilməsi və hərbi xərclərin tənzimlənməsi daxildir.




