
90 yaşlı azarkeşin Xalq artisti Röya Ayxana ünvanladığı səmimi sözlər maraq doğurub
Redaksiya1 dəq oxu
Doqquz yaşını qeyd edən ahıl qadının Xalq artisti Röya Ayxana olan sevgisi və sənətçinin ona cavabı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
AzadAzərbaycan xəbər verir ki, yaşı 90-ı haqlayan qadının Xalq artisti Röya Ayxana ünvanladığı səmimi etiraflar izləyicilərin diqqətini çəkib.
Tanınmış estrada ulduzuna olan dərin heyranlığını dilə gətirən ahıl sakin ona xoş arzularını çatdırıb. Yaşlı qadının ürəkdən gələn bu sözləri məşhur müğənninin də diqqətindən yayınmayıb və o, xoş sözlərə görə təşəkkürünü bildirərək qarşılıq verib.
Onların səmimi ünsiyyətini əks etdirən videogörüntülər qısa zamanda sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb və geniş müzakirə olunub.




