
43 təyyarə İstanbula enə bilmədi
Türkiyənin İstanbul şəhərində güclü yağış və külək hava nəqliyyatında fasilələrə səbəb olub. İstanbul hava limanına enə bilməyən 43 təyyarə alternativ hava limanlarına yönləndirilib. Daxili reyslərdən 16-sı Ankara Esenboğa, 8-i Sabiha Gökçen, 10-u İzmir Adnan Menderes, 2-si Balıkesir Koca Seyit, 2-s
Türkiyənin İstanbul şəhərində güclü yağış və külək hava nəqliyyatında fasilələrə səbəb olub. İstanbul hava limanına enə bilməyən 43 təyyarə alternativ hava limanlarına yönləndirilib. Daxili reyslərdən 16-sı Ankara Esenboğa, 8-i Sabiha Gökçen, 10-u İzmir Adnan Menderes, 2-si Balıkesir Koca Seyit, 2-si Çanaqqala, 1-i isə Antalya hava limanına yönləndirilib. Güclü külək səbəbindən Sabiha Gökçen hava limanında da uçuşlarda fasilə yaranıb. Saat 21:42-də dayandırılan əməliyyatlar 22:02-də bərpa olunub. Bu müddətdə üç təyyarə Ankara Esenboğa hava limanına yönləndirilib.




