
"313 Team" saytlarımıza kiberhücuma görə
İranyönümlü "313 Team" haker qrupu ötən gecə Azərbaycanın 100-dən çox dövlət domeninə qarşı həyata keçirilmiş genişmiqyaslı kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb. Qruplaşma kiberhücumun intensivliyinin saniyədə 2,5 terabitdən artıq olduğunu bəyan edib. Qeyd edək ki, "Team 313", "313 Team H
İranyönümlü "313 Team" haker qrupu ötən gecə Azərbaycanın 100-dən çox dövlət domeninə qarşı həyata keçirilmiş genişmiqyaslı kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb. Qruplaşma kiberhücumun intensivliyinin saniyədə 2,5 terabitdən artıq olduğunu bəyan edib. Qeyd edək ki, "Team 313", "313 Team Hack Team" və ya "İslam Kibermüqaviməti" kimi adlarla tanınan bu qruplaşmanın İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi ilə əlaqəli olduğu ehtimal edilir. Qruplaşmanın simvolik adı 1969-cu ildə Naci əl-Əli tərəfindən yaradılmış fələstinli siyasi karikatura personajına istinad edir, qruplaşmanın özü isə ilk dəfə 2023-cü ilin dekabrında, Qəzzadakı münaqişənin başlamasından qısa müddət sonra müşahidə edilib.




