
13 hərbçini qətlə yetirən psixiatrın edamında şok qərar
ABŞ Prezidenti Donald Tramp hərbçiləri kütləvi şəkildə qətlə yetirən psixiatr Nidal Hasanın güllələnmə cəzasının canlı efirdə yayımlanmayacağını açıqlayıb. "O (Hasan – red.), planlaşdırıldığı kimi güllələnmə yolu ilə edam ediləcək, lakin bu hadisənin canlı yayımı olmayacaq", – deyə Tramp qeyd edib.
ABŞ Prezidenti Donald Tramp hərbçiləri kütləvi şəkildə qətlə yetirən psixiatr Nidal Hasanın güllələnmə cəzasının canlı efirdə yayımlanmayacağını açıqlayıb. "O (Hasan – red.), planlaşdırıldığı kimi güllələnmə yolu ilə edam ediləcək, lakin bu hadisənin canlı yayımı olmayacaq", – deyə Tramp qeyd edib. Ölkə rəhbəri əlavə edib ki, bir çox "yaxşı insan" edamın efirdə göstərilməsinin əleyhinə çıxış edib. Bir gün əvvəl CNN telekanalı mənbələrə Trampın və onun müşavirlərinin canlı yayımdan imtina etmək imkanını müzakirə etdiklərini bildirmişdi.




