
Donald Tramp Ukraynadakı müharibənin dayandırılmasının vacibliyini bildirib
Redaksiya1 dəq oxu
ABŞ Prezidenti Donald Tramp Corciya ştatında tərəfdarları qarşısında çıxış edərək Ukraynadakı hərbi münaqişənin dərhal başa çatmalı olduğunu bəyan edib.
ABŞ Prezidenti Donald Tramp Ukraynada davam edən hərbi münaqişənin tezliklə yekunlaşmasının zəruri olduğunu diqqətə çatdırıb.
AzadAzərbaycan xəbər verir ki, Ağ Ev rəhbəri bu bəyanatı Corciya ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı səsləndirib.
Çıxışında müharibənin başa çatmalı olduğunu vurğulayan Tramp bildirib ki, 2020-ci ildə Birləşmiş Ştatlarda reallaşan prezident seçkilərinin nəticələri saxtalaşdırılmasaydı, bu hərbi toqquşma heç vaxt baş verməzdi. O, eyni zamanda sələfi Co Baydenin həyata keçirdiyi siyasi kursu da kəskin tənqid edib.
