
Çin şirkəti Özbəkistanın taksi bazarına daxil olmağa hazırlaşır
Çin şirkəti Özbəkistan taksi bazarına çıxmağı planlaşdırır. Bu barədə respublika nəqliyyat nazirinin birinci müavini Məmanbiy Ömərov bildirib.
AzadAzərbaycan xəbər verir ki, Çin şirkəti Özbəkistanın taksi bazarına daxil olmağı planlaşdırır. Bu barədə Spot internet nəşrinə müsahibəsində Özbəkistanın nəqliyyat nazirinin birinci müavini Məmanbiy Ömərov məlumat verib.
Onun sözlərinə görə, bazara 5 min avtomobil çıxarmaq və xüsusi mobil tətbiq işə salmaq niyyətində olan Çin şirkəti mövcuddur. Lakin Nəqliyyat Nazirliyinin rəsmisi hələlik həmin şirkətin adını və fəaliyyətə başlayacağı dəqiq vaxtı açıqlayıb.
Qeyd edək ki, bu xəbər ölkədəki ən böyük taksi sifariş xidmətlərindən biri olan "Yandex Go"nun fəaliyyətində genişmiqyaslı nasazlıqların yarandığı dövrə təsadüf edib. Daha əvvəl Qırğızıstan, Qazaxıstan və Özbəkistanda adıçəkilən xidmətin işində problemlər qeydə alınmışdı.
Rusiyadakı məlumat mərkəzinin zədələnməsi fonunda yaranan bu nasazlıqlar Özbəkistanda səfərlərin qiymətinin kəskin artmasına və vətəndaşların narazılığına səbəb olmuşdu. Ölkənin Rəqabət Komitəsi isə yaranmış vəziyyətlə əlaqədar aqreqatorlara müraciət edərək qiymətlərin formalaşdırılması alqoritmlərinə yenidən baxılmasını xahiş edib.




